Elektrik sahəsinin intensivliyi 5 kV/m-ə qədər olduqda insanın təsir zonasında qalma müddəti məhdudlaşmır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Sahənin intensivliyi 20-25 kV/m səviyyəsində olduqda qalma müddəti on dəqiqədən çox olmamalıdır. İntensivlik səviyyəsi 25 kV/m-dən çox olan elektrik sahəsində fərdi mühafizə vasitələrindən istifadə etmədən qalmağa yol verilmir.