AXCP sədri Əli Kərimlini partiya üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədətqulu oğlu məhkəməyə verib.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib.

AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə A.Əliyev partiya sıralarından kənarlaşdırılıb.

***
saat 10.47
AXCP sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında cinayət işi başladılıb.
Heftelik.az xəbər verir ki, bu barədə AXCP sədri özü bildirib.
O qeyd edib ki, iş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi rayon məhkəməsində olacaq.