Ər arvadını baltaladı

09 Avqust 2024, 12:40

Şərur rayonunda ər arvadına balta ilə xəsarət yetirib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Çomaxtur kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Qasımov Elçin Qasım oğlu həyat yoldaşı 1976-cı il təvəllüdlü Qasımova Məharət Allahverdi qızına balta ilə xəsarət yetirib.

Müxtəlif bədən xəsarətləri alan M.Qasımova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.