Çıxarıla bilən ekranlayıcı qurğular onların qurulduğu maşın və mexanizmlərlə etibarlı şəkildə birləşmiş olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Maşın və mexanizmləri torpaqlayan zaman çıxarıla bilən ekranlayıcı qurğular əlavə olaraq torpaqlanmır. Fərdi ekranlayıcı dəstlərin torpaqlanması cərəyandaşıyan altlıqlı xüsusi ayaqqabılar tətbiq etməklə həyata keçirilir.