Hündürlükdə görülən işəburaxılan və elektrik təhlükəsizliyi üzrə qrupları olan aşağıdakı briqada üzvlərinə dayağa qalxmağa yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Lakin bu Qaydaların tələblərinə uyğun olaraq dayaqların rənglənməsi üzrə işlər istisna təşkil edir:
– elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı qrupa malik olmayanlara – dayağın başınadək bütün növ işlər;
– elektrik təhlükəsizliyi üzrə ІI qrupdan aşağı qrupa malik olmayanlara – gərginliyi çıxarmaqla görülən işlər zamanı dayağın başınadək gərginlik altında olan hava xəttinin alt naqillərindən insanın başına qədər 2 m məsafədən uzaq olan bu hava xəttinin cərəyandaşımayan hissələrindəki bütün növ işlər.