İşdə olan generatorda fırça aparatına xidməti bunun üçün hazırlıq keçmiş, elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssisin sərəncam əsasında təkbaşına yerinə yetirməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu halda aşağıdakı təhlükəsizlik tələblərinə əməl olunmalıdır:
– mühafizə dəbilqəsində, maşının fırlanan hissələrinə ilişməsindən qorunmaq üçün düymələnmiş xüsusi geyimdə, üz üçün fərdi mühafizə vasitələrindən istifadə etməklə işləmək;
– dielektrik rezin çəkmə və ya dielektrik xalçalardan istifadə etmək;
– eyni zamanda cərəyandaşıyan hissələrin 2 (iki) qütbünə və ya cərəyandaşıyan və torpaqlanmış hissələrə əl ilə toxunmamaq.