Kabel tunelində odlu işlər yerinə yetirilərkən nələrə əməl edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Kabel tunelində odlu işlər yerinə yetirilərkən aşağıdakılara əməl edilməlidir:
– işlər axın havalandırmasını qoşmaqla yerinə yetirilməli;
– işlər elektrik təhlükəsizliyi üzrə biri IV qrupdan aşağı olmayan, digəri isə III qrupdan aşağı olmayan və işləri aparmağa hüququ olan 2 (iki) mütəxəssis ilə yerinə yetirilməli;
– fərdi mühafizə vasitələrindən istifadə etməklə işləməli.