Bir müddət izləmə rekordları qıran “Avrupa Yakası” serialındakı Qafur obrazı ilə böyük bəyənmə toplayan Peker Açıkalın beyin qanaması keçirib.

Heftelik.az-ın Bakupost-a istinadən xəbərinə görə,  Ekmek Teknesi, Avrupa Yakası, Yahşi Cazibe və Başım Belada kimi bir çox uğurlu layihələrdə yer alan Peker Açıkalından üzücü xəbər gəlib.
Beyin qanaması keçirən məşhur aktyorun danışıq qabiliyyətini itirdiyi və bir sıra əməliyyatlar keçirəcəyi iddia edilib.
Qeyd edək ki, Peker Açıkalın 2011-ci ildə infarkt keçirib.