Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şübhəli və ya təqsirləndirilən şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Həmin müddət keçənədək tutulmuş şəxs barəsində daha ciddi qətimkan tədbiri seçilməli, yaxud bu Məcəllə ilə müəyyən edilmiş qaydada həbs və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün məhkəməyə gətirilməlidir. Məhkəmə qətimkan tədbirinin seçilməsi məsələsinə təxirə salınmadan baxmalı və qərar qəbul etməlidir.