Sınaqdan sonra kommutasiya aparatlarında işlərin davam etdirilməsi üçün operativ heyət üzvü tərəfindən və yaxud onun icazəsi ilə iş icraçısı tərəfindən işə buraxılış üçün texniki tədbirlər yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Kompleks paylayıcı qurğunun (KPQ) şkaflarının bölmələrində və ya içərisində avadanlıq quraşdırılmış arabanın avadanlığında işlərin görülməsi üçün həmin araba təmir vəziyyətinə çəkilib çıxarılmalı, həmin avadanlığın cərəyandaşıyıcı hissələri gərginlik altında qalan bölmənin örtüyü bağlanıb qıfıllanmalı, həmin bölmədə “DAYAN! GƏRGİNLİK” və “BURADA İŞLƏMƏLİ” sözləri yazılmış plakatlar asılmalıdır.