Tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları tutulmuş şəxs vəkildən imtina etdikdə, bu barədə onun yazılı ərizəsini almalıdırlar.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Ərizə yazmaqdan boyun qaçırıldıqda, həmin faktla əlaqədar vəkil və müvəqqəti saxlama yerinin nümayəndəsi tərəfindən müvafiq protokol tərtib olunur. Eyni zamanda cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin tərcüməçinin xidmətindən pulsuz istifadə etmək hüququnu təmin etməli, tutulmuş şəxslə davranışda onun şəxsiyyətini və ləyaqətini alçaltmamaq, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlilliyi olan şəxslərə isə xüsusi diqqət yetirməlidrilər.