Podratçının (baş podratçının) adı və tikinti meydançasından kənarda yerləşən inventar hasarlama lövhələrində, iri qabaritli təchizat elementlərində, kabel barabanlarında və digər yerlərdə də göstərilir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Tikinti meydançasında tikinti işləri dayandırıldıqda, sifarişçi əhaliyə və ətraf mühitə ziyanın vurulması hallarını istisna edəcək tədbirləri görməlidir (kommunikasiyaların ayrılması, mövcud maye qablarının boşaldılması, təhlükəli və zəhərli maddələrin kənarlaşdırılması və digər). Podratçı (baş podratçı) kənar şəxslərin binaya icazəsiz daxil olmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görməlidir.