Keyfiyyət göstəriciləri tikinti obyektinin təhlükəsizliyinə təsir göstərən işlər və konstruksiyalar hazır olduqda, lakin tikintinin texnologiyasına görə növbəti işlər yerinə yetirildikdən sonra bu göstəricilərin yoxlanılması mümkün olmadıqda, podratçı (baş podratçı) razılaşdırılmış müddətdə, lakin üç iş günündən gec olmayaraq sifarişçini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və müəllif nəzarətinin nümayəndələrini uyğunluğun qiymətləndirilməsi müddətləri barədə məlumatlandırır.

Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.