Turşu, qələvi və distillə olunmuş su ayrıca, ağzı möhkəm bağlı şüşə qablarda saxlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrolit, distillə olunmuş su və neytrallaşdırıcı məhlul doldurulmuş qabların üzərində maddənin adı qeyd olunmalıdır. Ayrıca otaqda akkumulyatorları doldurmaq üçün turşu ilə birlikdə distillə olunmuş suyun da saxlanılmasına yol verilir.