“Zirə” və “Sabah” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşünə çıxıb.
Heftelik.az-ın məlumatına görə, “Zirə” səfərdə Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşıb.
“Opus Arena”da baş tutan matçda hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Anton Matkoviç açıb. Qarşılaşmanın sonuna əlavə olunan dəqiqələrdə isə Bakı klubu məğlubiyyətdən xilas olub. Rafael Utziq penaltidən dəqiq zərbə ilə bərabərliyi təmin edib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıdakı “Dalğa Arena”da keçiriləcək.
“Sabah” isə səfərdə “Sent Patriks Atletik” (İrlandiya) kollektivi ilə üz-üzə gəlib. Dublində keçirilən qarşılaşmada meydan sahibləri minimal hesabla qələbə qazanıb. Oyunun 35-ci dəqiqəsində Romal Palmer fərqlənib.