ABŞ 2024-cü ildə silah satışından 100 milyard dollardan çox gəlir əldə edəcək.
Heftelik.az-ın “Aviation Week”-ə istinadən verdiyi məlumata görə, sentyabrda başa çatacaq 2024-cü maliyyə ilində rəsmi Vaşinqton indiyədək digər ölkələrin hərbi təchizatından 80 milyard qazana bilib. 2023-cü ildə bu göstərici 66,2, 2022-ci ildə isə 49,7 milyard olub.
Pentaqon analitikləri hesab edir ki, ABŞ-nin müdafiə sənayesi məhsullarına tələbat Ukrayna tərəfinin hərbi-texniki təchizatı məsələsi aktuallaşdıqdan sonra artıb”.