Turizm eksperti Rəhman Quliyev: “İşgaldan azad olunmuş ərazilərimizdə təbiət canlılarının məskunlaşdıgı əraziləri qoruq halına gətirmək və digər qoruqlar kimi mühafizə olunmalıdır”

“Növbəti on illiklərdə  ekoturizm  ən trend turizm növünə çevriləcək”

İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.
Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.

Bu dəfə müsahibimiz turizm eksperti Rəhman Quliyevdir.

– Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə “yaşıl artım” prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

– Qarabagın fauna və florasının zənginliyini nəzərə alsaq,həmin torpaqlarımızı Qafqazın  ağ ciyərləri adlandırmaq olar. Uzun illər işgal altında  saxlanaraq erməni vandalizminin qurbanı olan ölkəmizin 25 faizə qədər ərazisi kənd təsərrüfatına, turizmə yararlı ərazilər olub. Qarşıdakı illərdə yaranmış fürsətdən  düzgün yararlanmalıyıq. Bütün imkanlardan istifadə edib, xüsusəndə keçirilən tədbirlərlə yanaşı, mütəmadi ekologiyanın qorunmasında hədəfli təşviqlər aparmalıyıq.Qarabağda meşə örtüyünün artırılması və biomüxtəlifliyin bərpası üçün zəruri tədbirlər, layihələr həyata keçirilməlidir. Bununla yanaşı, ekoloji tarazlığın təmin edilməsi məqsədi ilə yararsız torpaq sahələrinin istifadəyə  cəlb edilməsi  mexanizmi hazırlanmalıdır.Qarabaga təbii bulaqların tərkibinin inasan orqanizmi üçün əhəmiyyətli və müalicəvi olmasını nəzərə alaraq,su  resurslarlarından səmərəli istifadə etmək üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. Bununla da maksimum bu sərvətdən iqtisadiyyatımızın inkişaflna dəstək vermək mümkün olacaqdır.

– Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərdə insanlar daha sıx məskunlaşacaqlar. Bu isə su hövzələrinin də nisbətən daha çox çirklənməsi ehtimalını artırır. Bu mənadan bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var? Bu istiqamətdə araşdırmalar aparılırmı?

– İşgaldan azad olunmuş rayonlardaçirklənmiş ərazilər tam olaraq təmizləndikdən sonra böyük köç daha da kütləviləşəcək. Eyni zamanda, turizm kompleksləri yaradılandan sonra turist axını da intensivləşəcək. Məskunlaşmanın tədricən baş tutmasına baxmayaraq ,biz əhalinin sıxlıgını 3 nisbətində götürməliyik. 2050-ci ilin tələbatına cavab verə biləcək  mexanizmlər yaratmalıyıq.İşgaldan azad olunan ərazilərdə  məişət-tullantı sularının təmizlənməsi üçün  mövcud    təmizləyici qurğuların  quraşdırılması mütlək qaydada olmalıdır. Təmizləyici qurğuların gücünün yüksək tutumlu yaratmaqla  yer qatını çirlənməkdən qoruya bilərik.Yeni salınan kənd və şəhərlərdə Kanalizasiya xətləri xəritələşmə üzərə aparılmalıdır ki,nəticədə həmin ərazilərdəki su hövzələri yararsız vəziyyətə düşməsin. Suyun çirklənməsinin qarşısını almağın yollarından biri də su sərfiyyatının azaldılmasıdır. Bundan əlavə, kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələrin  əvəzinə təbii gübrələrdən istifadə ətraf mühitin və suyun çirklənməsinin qarşısının alınması üsullarından biri olacaq.

– “Metsamor”un Qarabağ bölgəsinə, ümumilikdə regionun ekeloji durumuna hansı təhlükə və təhdidləri var?

– Hesab edirəm ki, dünyanın ətraf mühit problemlərinin həlli üçün həmrəylik nümayiş etdirdiyi bir zamanda COP29-un Azərbaycanda keçiriləcəyi vaxt bu problem kifayet qədər işıqlandırılacaq. İndiyə qədər nüvə qəzaları ilə əlaqədar gördüyümüz acı təcrübə məsələyə daha da obyektiv yanaşmağa sövq etməlidir. Ermənistan ərazisi seysmik bir ərazidir, hər an bu təhlükə baş verə bilər. Hələ də o böyük təhlükəyə qədər Metsamorun zərərləri davam etməkdədir. Bu baxımdan Metsamor AES-in fəaliyyəti real olaraq böyük risk daşıyır və region ölkələrini ciddi təhlükəyə atır.

– “Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?

– Turizm dünya xalqlarının integrasiya platformasıdır. Bu baxımdan turist mübadiləsi ölkələrin tanıtımında hədəfli bir mexanizmdir. Turist də öz ölkəsinin güzgüsüdür. İndi insanlar ölkələri  gəzdikcə o ölkənin şəhəri deyil, təbiəti daha çox yaddaqalan olur. Fauna və flora. Bunlarsız həyatı təsəvvür etmək mümkün deyil. Biz bu təbiət ahəngini pozmalı olsaq, bəşəriyyətimizi uçuruma sürükləyərik. Növbəti onilliklərdə hər kəs təbiətin qoynunda bir gecə  çadır qurub yaşamaq üçün şəhərdəki otellərdən qat-qat daha çox pulödəməli olacaq. Məhz buna görə də biz susuz səhralara belə nəfəs verməliyik. Növbəti on illiklərdə  ekoturizm  ən trend turizm növünə çevriləcək.

– Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu barədə qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər? Nə kimi təklifləriniz var?

– Birmənalı olaraq, təbiətimizi daha da zənginləşdirmək üçün bütün növ ovçuluga ciddi məhdudiyyətlər qoymalıyıq. Xüsusən də işgaldan azad olunmuş ərazilərimizdə təbiət canlılarının məskunlaşdıgı əraziləri qoruq halına gətirmək və digər qoruqlar kimi mühafizə olunmalıdır. Erməni qanunsuz silahlı birləşmələrinin 30 ildə  ərazilərimizi minalaması nəticəsində canlılar da minalara düşərək kütləvi şəkildə tələf olublar.  Su hövzələrinə  çirkli suların axıdılması zamanı  qiymətli balıq növlərinin nəsli kəsilib. Hesab edirəm ki, yeni hövzələrin yaradılması və təkrarən mühitə uyğun olaraq çaylara, hövzələrə yenidən həmin qiymətli balqi növlərinin gətirilməsinə və nəsil artımına şərait yaratmalıyiq. Təbii ki investorları da bu layihələrə cəlb etməklə daha  geniş şəkildə buna nail olmaq olar.

– Bu mövzuda əsas auditoriya və hədəf qrupları üçün maarifləndirmə, təşviq və məlumatlandırma baxımından hansı sosial media layihələri həyata keçirilə bilər? Yeni media vasitələrindən yararlanmaqla təbliğat necə qurulmalıdır?

– Bununla baglı məlumat və maarifləndirmə xarakterli videoçarxlar hazırlanmaldır, yerli televiziyalarda, orta məktəblərdə dərs vəsaitlərində ciddi  təşviq  olunmalıdır. Xüsusən də orta və ali  məktəblərdə fauna və floraya qaygı göstərmək təşəbbüsü ilə əyani olaraq layihələr keçirilməlidir. Əsas məsələlərdən biri də  xüsusən işgaldan azad olunan ərazilərimzdə fəaliyyət göstərən fermerlərlərə açıq və səyyar bazar yaradılmasına dəstək olunmalıdır ki, kəndlinin  sosial rifahı yaxşılaşsın. Ucqar bir kənd sakininin yaxşışəraitdə yaşaması digər vətəndaşlar üçün hədəfli bir reklam olacaq və kənd təsərrüfatına maraq və hörmət daha  da artacaq.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.