Türkiyədə “Instagram” sosial media platformasına girişi açılıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu paylaşım edib.
Nazir qeyd edib ki, yerli vaxtla saat 21.30-da Türkiyədə “Instagram”-a girişə manea aradan qaldırılacaq. “İnstagram” sosial platformasının sahibi olan “Meta” şirkətinin nümayəndələri Türkiyəni narahat edən teror təşkilatlarının (PKK, FETÖ, pkk/pyd və s.) təbliğati xarakterli paylaşımlarının dərhal silinməsi ilə bağlı tələblərinə müsbət yanaşıbılar. Bu da Türkiyə hökumətinin “Instagram”-ın açılması barədə qərar verməsinin şərtləndirib.
Xatırladaq ki, avqustun 2-dən Türkiyə İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTQ) “Instagram”a girişi bloklayıb.