Avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi “VGV U75 Plus” markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Heftelik.az-a verilən məlumata görə, hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
APA-nın məlumatına görə isə Zərdabda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb. Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı qızları, ölən digər uşaq isə sürücünün yaxın qohumunun 4 yaşlı qızıdır.