Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan təmsilçiləri çıxışlarını başa vurub.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, ümumilikdə 48 idmançımızdan 7-si aktivinə medal yazdırmağı bacarıb.

Azərbaycan hazırda medal sıralamasında 28-cidir.

Medal qazanmış idmançılarımızın siyahısını təqdim edirik:

Cüdo:

Hidayət Heydərov (73 kq) – qızıl

Zelim Kotsoyev (100 kq) – qızıl

Boks:

Alfonso Dominges (92 kq) – gümüş

Taekvondo:

Qaşım Maqomedov (58 kq) – gümüş

Yunan-Roma güləşi:

Həsrət Cəfərov (67 kq) – bürünc

Sərbəst güləş:

Giorgi Meşvildişvili (125 kq) – bürünc

Maqomedxan Maqomedov (97 kq) – bürünc