Beyləqanda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Beyləqan-Daşburun yolunda qeydə alınıb.

Hərəkətdə olan iki minik maşınlarının toqquşması nəticəsində ölən və xəsarət alanlar olub.

Nəticədə Xankişiyev Qabil Dədəkişi oğlu həyatın itirib, Kərimov İmamqulu Əsəd oğlu, Quliyev Ağa Təvəkkül oğlu, Hüseynov Şəhriyar İman oğlu və Fərzəliyev Elvin Salman oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.