Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Əlavə məlumat veriləcək.
Faktla bağlı araşdırma davam etdirilir.
***
saat 19.49
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, mərasimdə iştirak edən 80-ə yaxın insan xəstəxanaya çatdırılıb.
Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma davam etdirilir.
***
saat 19.13
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, zəhərlənən vətəndaşların sayı 60-a çatıb.
Bu say daha da arta bilər.
Qeyd edək ki, bundan əvvəl Göygöldə restoranda kütləvi zəhərlənmə olub.