Ucarda mərkəzi bazarda yanğın

11 Avqust 2024, 20:00

Ucarda mərkəzi bazarda yanğın baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, saat 18 radələrində bazarda güclü yanğın başlayıb.

Hadisə yerinə  Ucar, Göycay, Ağdaş rayonlarından yanğınsöndürənlər cəlb olunub.

Yanğın söndürülüb. Yanğınsöndürənlərin səyi nəticəsində digər tikililər yanğından mühafizə olunub.