Deputatlığa namizədlərdən 30 nəfəri  bələdiyyə üzv və qulluqçularıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Vətəndaş Cəmiyyəti Uğrunda Seçki Müşahidə Koalisiyasının 1 sentyabr parlament seçkiləri ilə bağlı ilkin hesabatında əksini tapıb.

22 dairə üzrə 30 deputatlığa namizəd qeydə alınıb. 26-sı öz təşəbbüsü ilə, üç nəfər YAP-ın siyahısı üzrə, bir nəfər Vətəndaş Həmrəyliyi Partiyasından namizədliyini verib.

Namizədlərdən 3 Səbail bələdiyyəsi, M.Ə.Rəsulzadə bələdiyyəsi və Nərimanov bələdiyyəsi,  2 nəfəri Xətai, Yevlax,  Binəqədi qəsəbə və Biləcəri, bir nəfəri isə Binəqədi, Yasamal, Xocasən, Sumqayıt, Corat, H.Z.Tağıyev,  Nəsimi, Buzovna, Ramana, Balaxanı, Ağdaş və Bərdə bələdiyyəsindən olan üzv və qulluqçular təşkil edir. Namizədlərdən 10 nəfəri bələdiyyə üzvü və 20 nəfəri isə bələdiyyə qulluqçusudur. Namizədlərdən iki nəfəri  isə  bələdiyyə sədridir (M.Ə.Rəsulzadə və Ağdaş).  30 namizəddən 13-ü qadın, 17 nəfəri isə kişidir.