Ağac və dəmir-beton dayaqlara qalxarkən sığortalayıcı kəndirin qayışı (qoruyucu kəmərin iplərini) dayağın arxasından keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Dayaqda işləyərkən sığortalayıcı qayışdan (qoruyucu kəmərdən) istifadə edilməli və hər 2 (iki) caynağa dirənməlidir. Dayağın dirəyində işləyərkən elə yerləşdirilməlidir ki, gərginlik altında olan yaxın naqil nəzərdən qaçmasın. Çubuqvari izolyatorları olan dayaqlarda naqillərin dəyişdirilməsi növbə ilə aparılır. Dayağın detallarını dəyişərkən onların yerinin dəyişməsi və düşməsi istisna olunmalıdır.