Kompleks paylayıcı qurğudan (KPQ) kənarda onlara qoşulmuş avadanlıqlarda və yaxud ondan ayrılan HX və KX-lərdə işləyən zaman açar olan arabacığı şkafdan çəkib çıxarılmalı, üst örtüyü və yaxud qapısı qıfıllanmalı və “QOŞMA! ADAMLAR İŞLƏYİR” və “QOŞMA! XƏTDƏ İŞLƏYİRLƏR” sözləri yazılmış plakatlar asılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu zaman aşağıdakılara yol verilir:
– torpaqlanma bıçaqları ilə açar arabası arasında bloklayıcı olduqda bu bıçaqları qoşduqdan sonra arabanı yoxlama vəziyyətinə gətirməyə;
– torpaqlanma bıçaqları ilə arabacıq arasında bloklama, həmçinin şkafda torpaqlanma bıçaqları olmadıqda arabacığı qıfılla bağlamaq şərti ilə yoxlama və təmir vəziyyəti arasında olan aralıq vəziyyətdə qoymağa (birləşmədə torpaqlanmanın olmasından asılı olmayaraq, arabacıq aralıq vəziyyətdə qoyulur).