Hava xəttinin (HX) künc dayaqlarında izolyatorların, naqillərin dəyişdirilməsi və ya armaturların təmiri ilə əlaqəli işlər zamanı yükqaldıran maşın, mexanizmlər və avtomobil nəqliyyatının naqillərin yaratdığı bucaq daxilində yerləşdirilməsi qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Açıq paylayıcı qurğuda (APQ) və HX-nin mühafizə zonasında işlərə başlamazdan öncə pnevmotəkərli hərəkətli yükqaldıran maşın və mexanizmlər torpaqlanmalıdır. Tırtıllı təkərli yükqaldıran maşın və mexanizmlər bilavasitə qrunt üstündə yerləşdirilərkən torpaqlanmır.