Quraşdırma və qaynaq işlərində cərəyan transformatorlarının birinci dolaqlarının dövrəsindəki şinləri cərəyandaşıyan naqil qismində istifadə etmək qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Cərəyan transformatorlarında və ya onların ikinci dolaqlarına qoşulmuş dövrələrdə işlər aparılarkən aşağıdakı təhlükəsizlik tələblərinə riayət edilməlidir:
– ikinci dolaqların sıxacları onlara qoşulmuş dövrələrin quraşdırılmasının başa çatmasınadək qısa qapanmalıdır. Taxma elektrik izoləedici alət vasitəsilə quraşdırılır. Quraşdırılmış dövrəni cərəyan transformatoruna birləşdirdikdən sonra taxma (qısaqapanma) yaxındakı sıxaclar yığmasına köçürülməli və quraşdırma tam başa çatdıqdan və quraşdırılmış dövrələrin birləşdirilməsinin düzgünlüyü yoxlandıqdan sonra çıxarılmalıdır;
– dolaqların qütblüyünü yoxlayarkən onu yoxlayan cihaz cərəyan impulsu birinci dövrəyə verilməmişdən əvvəl ikinci dolağın sıxacına birləşdirilməlidir.