Sökülməsi nəzərdə tutulan tikinti obyektləri onların istismardan çıxarılması anından başlayaraq sökülməsi anına qədər təhlükəsiz vəziyyətə, yəni əhaliyə və ətraf mühitə təsadüfən ziyanın vurulması hallarını istisna edəcək vəziyyətə gətirilməlidir (tikinti meydançasının hasarlanması, təchizat müəssisələrinin qabaqcadan məlumatlandırılması, onlar tərəfindən göstərilən xidmətlərin fiziki dayandırılması, kommunikasiyaların ayrılması, mövcud maye qablarının boşaldılması, təhlükəli və zəhərli maddələrin kənarlaşdırılması, dayanıqsız konstruksiyaların gücləndirilməsi və ya sökülməsi və s.).
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.