Elektrik izolə olunmuş əsas üzərində (o cümlədən rənglənmiş metal, izolyator, taxta döşəmə) ayaqüstə duraraq görülən işlər zamanı və ya torpaqlanmış konstruksiyalara mühafizə olunmamış əl ilə (əlcəkləri çıxarmaqla) toxunma ilə əlaqəli işlərdə ekranlayıcı paltar əlavə olaraq en kəsiyi 10 mm2 olan elastik mis naqillə torpaqlanmış konstruksiyaya və ya elektrik qurğusunun torpaqlayıcı qurğusuna birləşdirilməklə torpaqlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.