Elektrik boşalmalarının insan orqanizminə təsir imkanları istisna olunduqda, intensivliyi 5–20 kV/m səviyyəsində olan elektrik sahəsində qalma müddəti “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda verilən düsturla müəyyən olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik sahəsində insanların buraxılabilən qalma müddəti iş günü ərzində birdəfəlik və hissələrə bölünməklə müəyyən edilir. Bu zaman iş gününün qalan hissəsində həmin elektrik sahəsində olan insanlar bu sahənin yüksək intensivliyindən mühafizə vasitələrindən istifadə etməli və ya intensivliyi 5 kV/m-ə qədər olan elektrik sahəsində yerləşməlidirlər.