Quyuda elektrik təhlükəsizliyi üzrə ІІІ qrupdan aşağı qrupa malik bir mütəxəssis işləməli, digəri isə lükun yanında növbə çəkməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Sığortalayıcı kəmər (montyor kəməri) və üstə çıxarılmış kəndir olmadan quyuya düşmək və orada işləmək qadağandır. Elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa malik mütəxəssisin tunellərə baxış keçirməsinə yol verilir.