İran İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilən İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib.
Heftelik.az-ın məlumatına görə, Məhəmməd Cavad Zərif bu barədə “X” hesabında paylaşım edib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian Cavad Zərifi avqustun 1-də strateji məsələlər üzrə vitse-prezident təyin etmişdi.
Cavad Zərif Prezident Məsud Pezeşkianın nazir seçimlərindən narazılığına görə istefa verdiyini bildirib.
Zərifə Pezeşkian administrasiyasının Keçid üzrə Strateji Şurasının rəhbəri kimi nazirliyə namizədlərin axtarışı və təklifi həvalə edilmişdi.
Zərif bildirib ki, 19 nazir seçimindən yalnız 9-u Şura tərəfindən seçilən ilk üç namizəd arasından seçilib.
Zərif paylaşımında İran xalqından üzr istəyib və bildirib ki, Pezeşkianın qərarı onu universitetdəki müəllimlik işinə qayıtmalı olduğuna inandırıb.