Kabel barabanlarını diyirlədərkən onun çıxıntı hissələrinin şəxslərin paltarlarına ilişməsinin qarşısını alan tədbirlər görülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Diyirlətməzdən qabaq kabelin ucları bərkidilməlidir və barabanda olan çıxıntı mıxlar çıxarılmalıdır. Kabel barabanını yalnız üfüqi səthli bərk qrunt və yaxud möhkəm döşənmə üstə diyirlətməyə yol verilir. Kabelləri, boş barabanları, mexanizmləri, yardımçı qurğuları və alətləri bilavasitə qanov kənarından 1 m yaxın yerləşdirmək qadağandır.