Kartof yığırdı, öldü

12 Avqust 2024, 09:36

Tovuzda 57 yaşlı kişi ölüb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qaraxanlı kəndində qeydə alınıb.

1967-ci il təvəllüdlü Şahbaz Haqverdiyev kənd ərazisindəki əkin sahəsində kartof yığan zaman ürəyi tutaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.