İspaniyalı motosikletçi Xavyer Alvares faciəvi şəkildə dünyasını dəyişib.

Heftelik.az-ın “Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, o, La Banesa qran-prisinə hazırlıq zamanı qəza nəticəsində vəfat edib.

Motosikletçi döngələrin birində idarəetməni itirərək qoruyucu hasara çırpılıb.

Reanimasiyaya yerləşdirilən idmançının həyatını xilas etmək mümkün olmayıb.

Alvaresin ölümünə baxmayaraq təşkilatçılar qran-prini davam etdirmək qərarına gəliblər.