Tikinti meydançasının daxilində hazırlıq işləri tikinti işlərinin yerinə yetirilməsi layihəsinə uyğun olaraq tikinti-quraşdırma işlərinə başlamazdan əvvəl yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Podratçı (baş podratçı) tikinti işlərinin aparıldığı müddətdə sifarişçinin tikintiyə texniki nəzarəti və layihəçinin müəllif nəzarətini həyata keçirən nümayəndəsinin, habelə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin tikinti meydançasına və inşa edilməkdə olan tikinti obyektinə sərbəst daxil olmasını təmin etməlidir.