Yoxlamadan sonra elektrik mühərrikində işlərin davam etdirilməsi üçün işə təkrar buraxılışa sərəncam yenidən verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşdə olan mühərrikdə fırça aparatına xidməti bunun üçün hazırlıq keçmiş, elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssisin sərəncam əsasında təkbaşına yerinə yetirməsinə yol verilir. Bu halda aşağıdakı təhlükəsizlik tələblərinə əməl olunmalıdır:
– mühafizə dəbilqəsində, maşının fırlanan hissələrinə ilişməsindən qorunmaq üçün düymələnmiş xüsusi geyimdə üz üçün fərdi mühafizə vasitələrdən istifadə etməklə işləmək;
– dielektrik rezin çəkmə və ya dielektrik xalçalardan istifadə etmək;
– eyni zamanda cərəyandaşıyan hissələrin 2 (iki) qütbünə və ya cərəyandaşıyan və torpaqlanmış hissələrə əl ilə toxunmamaq.