Birbaşa debitləşmə ilə ödəniş əməliyyatının aparılması zamanı ödəyicinin təchizatçısı ödəyicinin əvvəlcədən verdiyi razılıq əsasında vəsait alan tərəfindən təqdim olunan ödəniş sərəncamı üzrə ödənişi vəsait alanın xeyrinə həyata keçirir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Birbaşa debetləşmənin həyata keçirilməsi üçün ödəyici vəsait alana, vəsait alanın və ya ödəyicinin təchizatçısına əvvəlcədən razılıq verməlidir.