“Qarabağ” UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu bu gün keçirəcək.
Heftelik.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanda “Ludoqorets”in qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü italiyalı Simon Sozza idarə edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
22:00. “Ludoqorets” – “Qarabağ”
Baş hakim: Simon Sozza.
“Ludoqorets Arena”.
İlk oyun: 2:1.
Qeyd edək ki, cütün qalibi ÇL-in pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) ilə üz-üzə gələcək. Məğlub tərəf isə UEFA Avropa Liqasında “Petrokub” (Moldova) – TNS (Uels) duelinin güclüsü ilə görüşəcək.