Liman idarəsi limanın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə yaradılan və nizamnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hüquqi şəxsdir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Dəniz əməliyyatları bazası dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dövlət nəzarətinin təmin edilməsi, gəmilərin dayanması, onlara xidmət göstərilməsi, habelə dəniz neft-qaz yataqlarının maddi-texniki təchizatı üçün nəzərdə tutulmuş və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada reyestri aparılan qurğular kompleksidir.