Ekvayer kart əsaslı ödəniş əməliyyatı zamanı təsərrüfat subyektinin fəaliyyət sahəsinə uyğun olaraq təsərrüfat subyektinin ticarət kodunu təyin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Ekvayer kart əsaslı eyni ödəniş əməliyyatının avtorizasiyası və klirinqi üzrə təsərrüfat subyektinin ticarət kodunu dəyişmədən təqdim etməlidir. Kart əsaslı ödəniş alətinin ekvayrinqinə dair tələblərə ödəniş əməliyyatının icrasında bir neçə ekvayer iştirak etdikdə də riayət edilməlidir.