Əşya, pul və digər qiymətlilərin aidiyyəti üzrə təhvil verilməsinə aydınlıq gətirilib.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Əşya, pul və digər qiymətlilər aşağıdakı hallarda mülkiyyətçisinə və ya qanuni sahibinə qaytarılır:
– məhkəmənin hökmü və ya cinayət təqibini həyata keçirən orqanın qərarı ilə şəxs barədə cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə;
– məhkəmənin yekun qərarında bu əşyaların mülkiyyətçisinə və ya qanuni sahibinə qaytarılması nəzərdə tutulduqda.
– Götürülmüş əşya, pul və digər qiymətlilər sahibinə və yaxud onun vəkalət verdiyi şəxsə bəraət alma və ya işin xitam olunmasından sonra 20 gün müddətində əmlakın təhvil verilməsi barədə qəbz təqdim edilməklə, kassa məxaric orderi əsasında qaytarılır.