Kağız daşıyıcısında tərtib olunan ödəniş hesabından çıxarış təchizatçının məsul şəxsinin imzası və nəzərdə tutulan məlumatları əks etdirən ştampı ilə təsdiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Ödəniş xidməti istifadəçisinin tələbi ilə ödəniş hesabından çıxarışa ödəniş əməliyyatını müşayiət edən sənədlər təchizatçının məsul şəxsinin imzası və ştampı ilə təsdiq edilməklə əlavə olunur.