Kanallarda yerləşən boru kəmərləri üçün göstərilən qalınlıqlar müsbət temperaturlu maddələrin nəql edilməsi üçün nəzərdə tutulan kəmərlərə aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Mənfi temperaturlu maddələrin nəql edilməsi üçün boru kəmərlərinin istilik izolyasiya qatının qalınlığı tunellər üçün nəzərdə tutulan kimi qəbul edilməlidir.
Hesablamalara görə alınan qalınlıq göstərilənlərdən çox olduğu hallarda qalınlığın tövsiyə olunan həddlərdə saxlanılması məqsədilə daha effektiv (istilikkeçirmə əmsalı daha az olan) istilik izolyasiya materialı istifadə olunmalıdır.