Gəmi müvəqqəti olaraq xarici dövlətin bayrağı altına keçirildikdə, Dövlət gəmi reyestrinə və ya gəmi kitabına əlavə hansı məlumatların daxil edildiyi müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Gəmi müvəqqəti olaraq xarici dövlətin bayrağı altına keçirildikdə, Dövlət gəmi reyestrinə və ya gəmi kitabına əlavə aşağıdakı əsas məlumatlar daxil edilir:
– gəminin xarici dövlətin bayrağı altına müvəqqəti keçirilməsi haqqında qərarı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) adı və qərarın qəbul edildiyi tarix;
– gəminin xarici dövlətin bayrağı altında müvəqqəti üzmək müddəti;
– gəmiyə öz bayrağı altında üzməyə icazə verən dövlətin adı;
– berbout-çarter üzrə gəmini fraxtedənin adı və ünvanı;
– Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun dayandırılması tarixi.