Təchizatçı pul köçürmələri üzrə tərtib olunan sənədlərdə pul köçürmə sisteminin tələblərinə müvafiq olaraq nəzərdə tutulmuş məlumatlarla yanaşı, ödəyicini, vəsait alanı və pul köçürməsini eyniləşdirən əlavə məlumatları da göstərə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Ödəyici pul köçürməsi üzrə pul vəsaitinin vəsait alan tərəfindən alındığı ana qədər pul köçürməsi üzrə sistemin qaydaları ilə dəyişdirilməsinə icazə verilən rekvizitlərdə dəyişiklik edə və ya geri götürə bilər.