Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi “Ankaragücü”nün futbolçusu Renaldo Sefas yoxa çıxıb.

Heftelik.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşqlərə qatılmayan yamaykalı hücumçu ötən gün I tur çərçivəsində qarşılaşdıqları “Şanlıurfaspor” oyununun iştirak ərizəsində yer almasına baxmayaraq stadiona gəlməyib.

Paytaxt təmsilçisinin baş məşqçisi Cihat Arslan baş verənləri təsdiqləyərək futbolçunun harada olmasından xəbərsiz olduqlarını bildirib.

Qeyd edək ki, dünən I Liqanın ilk turunda “Şanlıurfaspor”la üz-üzə gələn “Ankaragücü” 2:0 hesabı ilə qələbə qazanıb. Yığmamızın üzvü Renat Dadaşov 67-ci dəqiqədə oyuna daxil olub və 9 dəqiqə sonra komandasının ikinci qoluna imza atıb.