İstintaq hərəkətləri zamanı götürülmüş çeklər, lotereya biletləri, əmanət kitabçaları, akkreditivlər, konosamentlər və sənədli qiymətli kağızlar baxış keçirildikdən sonra daxil olduğu vaxtdan 7 gün müddətinə MQ vasitəsi ilə zərflərə qoyulub idarənin rəisi və baş mühasibi tərəfindən imzalanmış müşayiət məktubu ilə müvəqqəti saxlanılması üçün müvəkkil banka təhvil verilir.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Bu zaman həmin əşyaların zərflərə qoyulması 3 nəfər əməkdaşın şahidliyi ilə həyata keçirilir və həmin şahidlər bunu imzaları ilə zərfin üzərində təsdiq edirlər. Zərfin müşayiət məktubu 2 nüsxədə yazılır, həmin məktubda əşyaların adı, nömrəsi, nominal dəyəri, ümumi məbləği, qəbz nömrəsi və tarixi göstərilir.