Baytarlıq aptekində baytarlıq preparatlarının düzülməsi və yerləşdirilməsi onların toksikoloji və fiziki-kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla qruplaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”də əksini tapıb.
Baytarlıq aptekində baytarlıq preparatlarının düzülməsi və yerləşdirilməsi onların toksikoloji və fiziki-kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla aşağıdakı qaydada qruplaşdırılmalıdır:
– narkotik vasitələr, psixotrop maddələr, onların prekursorları və güclü təsiredici preparatlar;
– istifadə qaydasından asılı olaraq (daxilə, xaricə qəbul edilən və s.);
– aqreqat halına uyğun olaraq (maye, toz şəklində və s.);
– fiziki-kimyəvi xüsusiyyətlərinə uyğun olaraq;
– yararlılıq müddətindən asılı olaraq;
– digər baytarlıq preparatları.